“Bavariya”nın əsas hücumçusu zədələndi
İdman
07.10.2024 13:40
“Bavariya” futbol klubu ciddi itki ilə üzləşib.
TodayPress xəbər verir ki, Bundesliqanın VI turunda Frankfurtda “Ayntraxt”ın (3:3) qonağı olan Münhen təmsilçisinin hücumçusu Harri Keyni zədələnib.
İngiltərəli futbolçu bu səbəbdən matçın 72-ci dəqiqəsində əvəzlənib.
Keyn ilkin tibbi yardımdan sonra meydançaya qayıtsa da, sonradan əvəz olunmasını istəyib.
Namiq HUN
tag: Bavariya ,Bundesliqa ,Frankfurt ,Ayntraxt ,Münhen ,todaypress.az,