“Bavariya”nın baş tutmayan istəyi

İdman

14.12.2024 12:38

“Bavariya” klubu “Real Madrid”in yarımmüdafiəçisi Arda Güleri transfer etmək istəyib.

TodayPress “Defensa Central”a istinadən xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi “Real”a oyunçu mübadiləsi təklif edib.

“Bavariya” Arda Güleri Tomas Müllerlə dəyişmək istəyib. “Real Madrid”in prezidenti Florentina Peres bu təklifi rədd edib.

Qeyd edək ki, Arda Gülər cari mövsüm “Real”ın heyətində bütün turnirlərdə 18 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. 

Namiq HUN

tag: Real Madrid ,Arda Güler, Transfer ,Klub ,todaypress.az,