"Bavariya"dan Musiala açıqlaması

İdman

10.09.2024 15:55

"Bavariya" klubu futbolçusu Camal Musialanın gələcəyi ilə bağlı qərarını verib.

TodayPress xəbər verir ki, Münhen təmsilçisinin prezidenti Herbert Hayner yarımmüdafiəçini komandada saxlamaq istədiklərini deyib:

“Onun bizimlə uzun müddət qalmasını istəyirik. Düşünürəm ki, Musiala növbəti Tomas Müller ola bilər. O, növbəti 20 ildə "Bavariya"da qala bilər”.

Qeyd edək ki, 21 yaşlı futbolçunun “Bavariya” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Namiq HUN

tag: Bavariya ,Camal Musiala, Münhen, Herbert Hayner, Tomas Müller,todaypress.az,