"Bavariya"da 5 nömrəli forma ilə bağlı xüsusi qərar

İdman

08.12.2024 18:00

"Bavariya" Frants Bekkenbaurin xatirəsi ilə bağlı xüsusi qərar verib.

TodayPress xəbər verir ki, qərara əsasən bundan sonra 5 nömrəli forma heç bir futbolçuya verilməyəcək. 

Uzun illər Münhen klubunda çıxış edən Frants məhz 5 nömrəli formada meydana çıxıb.

Bekkenbauer "Bavariya"nın heyətində 584 oyunda forma geyinib və 75 qol vurub, 75 ötürmə edib.

O, "pivəçilər"in heyətində 4 dəfə Bundesliqanın, 3 dəfə Avropa kubokunun (indiki Çempionlar Liqası) qalibi olub.

İki dəfə "Qızıl top" mükafatına layiq görülüb. 

Qeyd edək ki, Bekkenbauer bu ilin yanvarın 7-də uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

tag: Bavariya,Frants Bekkenbaur,İdman,Forma,Todaypress.az,