“Bavariya” yerli istedadı heyətinə qatdı
İdman
21.01.2025 19:20
"Bavariya" klubu "Hoffenhaym"ın 19 yaşlı futbolçusu Tom Bişovla müqavilə bağlayıb.
TodayPress Münhen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi yeni komandası ilə 2029-cu ilə qədər sözləşmə imzalayıb.
Amma o, cari mövsümün sonuna qədər "Hoffenhaym"da forma geyinməyə davam edəcək.
Qeyd edək ki, Almaniya futbolunun istedadı ölkənin aşağı yaş qruplarından ibarət millilərində çıxış edib.
Namiq HUN
tag: Bavariya,Hoffenhaym, Tom Bişov,Almaniya ,todaypress.az,