“Bavariya” yarımmüdafiəni gücləndirir
İdman
08.06.2024 11:07
"Bayern"in əsas yay transfer hədəfi bəlli olub.
TodayPress xəbər verir ki, Münhen təmsilçisi "Fulhem"in mərkəzi yarımmüdafiəçisi Joao Palinyanı izləməyə davam edir. “Bayern” 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmağı qarşısına məqsəd qoyub.
Baş məşqçi Vinsent Kompani portuqalların dözümlülüyünü və fiziki imkanlarını yüksək qiymətləndirir. Artıq transferlə bağlı "Bayern" Palinyadan şifahi razılıq alıb.
Almanlar yarımmüdafiəçi üçün 40-45 milyon avro ödəməyə hazırdır. Joao Palinya son mövsüm 39 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Bavariya, Fulhem, Joao Palinyan, Bayern, Alman,todaypress.az,