“Bavariya” vingerlərini satışa çıxartdı
İdman
13.11.2024 12:35
“Bavariya” klubu futbolçuların maaşlarına xərclənən vəsaiti azaltmağa qərar verib.
TodayPress xəbər verir ki, Münhen təmsilçisi yüksək ödənişli üç vingerini satmağı planlaşdırır.
Rəhbərlik Kinqsli Koman, Leroy Sane və Serj Qnabri ilə bağlı təklifləri nəzərdən keçirir. Münhenlilər futbolçulardan biri ilə vidalaşmaq fikrindədirlər.
Üç futbolçunun ümumi illik maaşı 60 milyon avro təşkil edir. Uğurlu əməliyyat kluba qazanc əldə etməklə yanaşı, maaşlarda da qənaətə nail olmaq imkanı verəcək.
Namiq HUN
tag: Bavariya, Münhen, Leroy Sane, Serj Qnabri, Kinqsli Koman, todaypress.az,