“Bavariya” ulduzlarla müqaviləni uzadır

İdman

03.12.2024 15:19

“Bavariya” futbol klubunun baş direktoru Kristof Freund Camal Musiala və Coşua Kimmixlə yeni müqavilə imzalanacağını açıqlayıb.

TodayPress xəbər verir ki, futbol funksioneri komandanın əsas oyunçuları üçün şəraiti yaxşılaşdırmağa hazır olduqlarını bildirib. 

“Bavariya” üçün əsas odur ki, futbolçularını saxlasın. Komandadakı hər kəsə dəyər veririk. Tezliklə yeni müqavilələr elan olunacaq”.

Yarımmüdafiəçi Camal Musiala cari mövsüm 10 oyunda 6 qol vurub.

29 yaşlı müdafiəçi Coşua Kimmix isə yeni mövsümdə 12 matçda meydana çıxıb.

Namiq HUN

tag: Bavariya, Futbol,Coşua Kimmix, Camal Musiala, todaypress.az,