"Bavariya" Tomas Müllerlə müqavilə müddətini uzatmağa hazırdır

İdman

09.01.2025 09:56

Almaniyanın "Bavariya" klubu hücumçusu Tomas Müllerlə müqavilə müddətini uzatmağa hazırdır.

TodayPress "SkySport"a istinadən xəbər verir ki, Münhen təmsilçisi 35 yaşlı futbolçunun maaşının azaldılması şərti ilə sözləşməsinin müddətini daha 1 il artırmağa razılaşıb.

Onun müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Tomas Müller bu mövsüm "Bavariya"nın heyətində 22 oyuna çıxıb və 4 qol vurub.

tag: Münhen ,Təmsilçi, Futbol, Bavariya ,todaypress.az,