“Bavariya” Simonsu Münhenə aparır
İdman
20.07.2024 15:09
PSJ Xavi Simonsu 90 milyon avroya transferə çıxarıb.
TodayPress xəbər verir ki, futbolçunun keçidində “”Mançester Yunayted” və “Bavariya” maraqlıdır.
Paris klubu 21 yaşlı hücumameyilli yarımmüdafiəçi Xavi Simons üçün 90 milyon avro müəyyən edib.
Münhen təmsilçisinin Simonsla müqavilə imzalamaq şansının daha böyük olduğu vurğulanır.
Qeyd edək ki, ötən mövsüm futbolçu icarə əsasında “Leypsiq” klubunda çıxış edib. O, bütün yarışlarda 43 matçda iştirak edib, 10 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Simonsun Fransa klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında futbolçunun bazar dəyəri 80 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Bavariya, Simons, Müqavilə, Münhen, Leypsiq, Klub, todaypress.az,