“Bavariya” rekord məbləğ ödəməyə hazırdır

İdman

12.04.2025 10:40

7

“Bavariya” klubu Florian Virtsi transfer etmək istəyir.   

TodayPress xəbər verir ki, Münhen təmsilçisi “Bayer 04”ün futbolçusunun ailəsi ilə bir neçə görüş keçirib. 

“Bavariya” rəsmiləri Uli Höness və Karl-Haynts Rummenigge danışıqlarda hərəkətverici qüvvədir. Onlar “Bayer 04”lə mümkün danışıqlarda da əsas rol oynayacaqlar.   

“Bavariya” Virtsin transferi üçün rekord məbləğ ödəməyə hazırdır. 

Qeyd edək ki, Leverkuzen təmsilçisi isə futbolçusu ilə müqavilənin uzadılmasını hələ razılaşdırılmayıb.

“Bayer” Virtsi 2026-cı ilin yayına qədər saxlayacağına əmindir. Onun “Bayer 04”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.   

“Mançester Siti” Florian Virts uğrunda mübarizədə “Bavariya”nın əsas rəqibidir.   

Namiq HUN

tag: Bavariya,Florian Virts,Futbolçu,Rekord Məbləğ,Todaypress.az,