“Bavariya” oyun qurucusunu itirdi

İdman

05.04.2025 14:30

2116

“Bavariya” klubu Bundesliqanın XXVIII turunda itki ilə üzləşib.   

TodayPress xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi Camal Musiala “Auqsburq”la səfər matçında zədələnib. 

“Bavariya” klubunun idman direktoru Maks Eberl futbolçunun durumunu açıqlayıb. 

“Təəssüf ki, onun durumu yaxşı görünmür. O, “İnter”lə Çempionlar Liqası  matçını buraxacaq”. 

Qeyd edək ki, “Bavariya” səfərdə “Auqsburq”a 3:1 hesabı ilə qalib gəlib.   

Namiq HUN

tag: Bavariya,Bundesliqa,Camal Musiala,Zədə,Todaypress.az,