“Bavariya” Noyerin xələfini tapdı

İdman

28.01.2025 10:14

"Bavariya" futbol klubu heyətini 21 yaşlı qapıçı ilə gücləndirib.   

TodayPress xəbər verir ki, Münhen təmsilçisi Yonas Urbiqi “Köln”dən transfer edib. 

Klub rəhbərliyi gənc qolkiperlə 2029-cu ilə kimi müqavilə imzalayıb. 

“Bavariya” bu keçid üçün “Köln”ə 10 milyon avro ödəyib.   

Qeyd edək ki, Urbiq cari mövsümdə 2-ci Bundesliqada 10 oyuna çıxıb.   

Namiq HUN

tag: Urbiq,Mövsüm,Avro,Futbol,Todaypress.az,