“Bavariya” Noyer ilə müqaviləni uzadacaq

İdman

07.01.2025 11:11

“Bavariya” futbol klubu qolkiperi və kapitanı Manuel Noyerlə müqavilənin müddətinin uzadılması üzrə danışıqlara başlamağı planlaşdırır. 

TodayPress xəbər verir ki, müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub. 

Qeyd edək ki, 38 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə keçirdiyi 19 matçın 12-də qapısını toxunulmaz saxlayıb. 

Manuel Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir. O, münhen təmsilçisi ilə 11 dəfə Almaniya çempionatının, 5 dəfə Almaniya Kubokunun, 2 dəfə isə Çempionlar Liqasının qalibi olub.

Namiq HUN

tag: Bavariya ,Müqavilə ,Mövsüm,Almaniya ,todaypress.az,