"Bavariya" Musiala ilə anlaşdı

İdman

14.02.2025 18:15

894

“Bavariya” klubu futbolçusu Camal Musiala ilə yeni müqavilə imzalayıb.

TodayPress klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin Bundesliqa təmsilçisi ilə yeni sözləşməsinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Musialanın əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədər idi.

Qeyd edək ki, 22 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 24 oyunda 14 qol vurub və 6 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Bavariya,Futbol,İdman, Camal Musiala ,todaypress.az,