"Bavariya" Müller və Noyeri yola salmağı planlaşdırır
İdman
12.06.2024 09:45
Almaniyanın
"Bavariya" klubu 2025-ci ildə Tomas Müller və Manuel Noyerlə yolları
ayırmağı planlaşdırır.
TodayPress xəbər verir ki, həm
qapıçı, həm də yarımmüdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsinin müddəti
2025-ci ilin iyununda başa çatacaq. Rəhbərlik anlaşmanı yeniləmək niyyətində
deyil.
"Bavariya" klubunun
rəhbərliyi mövsümə 20 milyon avro qazanan futbolçuları göndərməklə maliyyə
yükünü yüngülləşdirmək niyyətindədir.
Namiq HUN
tag: Almaniya, Bavariya, Futbol, Müller, Noyer, todaypress.az,