“Bavariya” müdafiəçisini itirdi

İdman

17.12.2024 17:20

“Bavariya” klubunun futbolçusu Saşa Boe zədələnərək sıradan çıxıb.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi sol ayaq biləyindən zədələnib. 

O, bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, fransalı futbolçu cari mövsüm Münhen təmsilçisinin heyətində 8 oyuna çıxıb. 

Saşa Boe 2021-2024-cü illər aralığında "Qalatasaray" klubunda forma geyinib.

Namiq HUN

tag: Münhen, Bavariya,Qalatasaray, Fransa, todaypress.az,