"Bavariya" Kimmixlə müqavilənin müddətini uzatdı
"Bavariya" klubu futbolçusu Yozua Kimmixlə müqavilənin müddətini 2029-cu ilə qədər uzadıb.
TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kimmix 2015-ci ildən "Bavariya"nın formasını geyinir. 30 yaşlı futbolçu ötən müddət ərzində meydana çıxdığı 429 oyunda 43 qol vurub və 115 məhsuldar ötürmə edib.
O, “Bavariya” ilə 8 dəfə Bundesliqa çempionluğunu bayram edib. Bundan başqa Kimmix 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Çempionlar Liqasının və ölkə Superkubokunun qalibi olub.
Yarımmüdafiəçi klublararası dünya çempionatının və Avropa Superkubokunun da qalibi adını qazanıb.
Qeyd edək ki, Yozua cari mövsüm Bundesliqada meydana çıxdığı 23 oyunda 1 qola və 6 məhsuldar ötürməyə imza atıb.
Namiq HUN
tag: Bavariya, Münhen,Futbol,Klub,Liqa,Yozua Kimmix,Todaypress.az,