“Bavariya” Kimmixi ram etdi
İdman
17.09.2024 10:42
Yarımmüdafiəçi Coşua Kimmix klubu ilə müqaviləsini uzatmağa hazırdır.
TodayPress xəbər verir ki, almaniyalı futbolçu artıq rəhbərliklə dialoqa açıqdır.
Kimmixin Münhen təmsilçisi ilə hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatacaq. Yayda “Mançester Siti”, PSJ və “Barselona” kimi Avropa nəhəngləri onun xidmətində maraqlı olsalar da, 29 yaşlı futbolçu hazırkı müqaviləsi bitənə qədər “Bavariya”da qalmağa qərar verib.
Qeyd edək ki, Coşua Kimmix əvvəllər bəzi fikir ayrılıqlarına görə “Bavariya” ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilmirdi. O, artıq müqavilə müddətinin uzadılmasına açıqdır.
Namiq HUN
tag: Coşua Kimmix ,Bavariya ,Müqavilə ,Almaniya, Mançester Siti, PSJ, Barselona, todaypress.az,