“Bavariya” hücum xəttini gücləndirir

İdman

08.07.2024 10:27

“Bavariya” futbol klubu Maykl Oliseni heyətinə qatıb. 

TodayPress xəbər verir ki, Münhen təmsilçisi hücumçunu İngiltərənin “Kristal Pelas” klubundan transfer edib. 

“Bavariya” 22 yaşlı futbolçunun keçidi üçün 53 milyon avro ödəyib. Müqavilədə daha 5,9 milyon avro bonus şəkildə ödəniş nəzərdə tutulub. Olisen ilə 2029-cu ilin yayına kimi müqavilə bağlanıb.

Qeyd edək ki, fransalı forvard son mövsüm “Kristal Pelas”ın heyətində meydana çıxdığı 19 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Bavariya, Futbol Klubu, Münhen, Kristal Pelas, Olisen, todaypress.az,