“Bavariya” futbol klubu kapitanını seçdi
İdman
11.10.2024 13:20
Münhen təmsilçisinin heyətində kapitanlıq missiyasını Coşua Kimmix icra edəcək.
TodayPress xəbər verir ki, yarımmüdafiəçinin “Bavariya” klubu ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir.
Almaniyalı futbolçu ilə anlaşmanın müddətinin uzadılacağı bildirilib.
Xarici mətbuat əvvəllər Kimmixin İspaniyanın “Real Madrid”, və ya “Barselona” klublarına keçə biləcəyini yazırdı.
PSJ klubu da Coşuanı heyətinə qatmaq arzusundadır.
Qeyd edək ki, Kimmix “Bavariya”ya 2015-ci ilin yayında “Ştutqart”dan keçib.
Namiq HUN
tag: Münhen ,Coşua Kimmix,Bavariya,Almaniya,Real Madrid, Barselona, todaypress.az,