“Bavariya” Devislə razılaşmadı
İdman
17.01.2025 10:12
“Bavariya” klubu futbolçusu Alfonso Devislə yeni müqavilənin detallarında ortaq məxrəcə gələ bilməyib.
TodayPress xəbər verir ki, tərəflər maaş məsələsində razılaşmayıblar.
Kanadalı futbolçunun agenti rəhbərlikdən illik 20 milyondan yuxarı məvacib tələb edir. Bundan başqa, müdafiəçi bonuslar da almaq istəyir. “Bavariya” klubunun rəhbərliyi isə istəklərin heç biri ilə razılaşmayıb.
Əvvəlki razılaşmaya görə, Devis yeni müqaviləyə əsasən, 14-15 milyon maaş almalı idi.
Qeyd edək ki, Devisin Münhen təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayında bitəcək. Arxa xətt oyunçusu ilə “Real Madrid” klubu maraqlanır.
Namiq HUN
tag: Kanada ,Futbolçu ,Delvis, Milyon ,todaypress.az,