“Bavariya” Conatan Ta ilə anlaşdı
“Bayer” (Leverkuzen) klubunun futbolçusu Conatan Ta karyerasını “Bavariya”da davam etdirəcək.
TodayPress xəbər verir ki, hər iki klub müdafiəçinin transferi üçün ilkin razılıq əldə edib.
“Bavariya” bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəyəcək.
Münhen təmsilçisi Tanı heyətinə cəlb etmək üçün Matias De Lixt ilə yollarını ayırmalıdır.
Qeyd edək ki, 29 yaşlı Conatan Ta 2015-ci ildən Leverkuzen təmsilçisində çıxış edir. O, Almaniya millisinin də şərəfini qoruyur.
Namiq HUN
tag: Bavariya, Conatan, Matias De Lixt, Leverkuzen, Transfer, todaypress.az,