"Bavariya" cənubi koreyalı futbolçusunu satmağı planlaşdırır
Almaniyanın "Bavariya" klubu müdafiəçisi Kim Min Ceni satmağı planlaşdırır.
TodayPress "Bild" nəşrinə istinadən xəbər verir ki, münhenlilər cənubi koreyalı oyunçunun satışından əldə edəcəyi məbləğlə başqa bir müdafiəçini sıralarına cəlb etməyi düşünür.
"Bavariya" 28 yaşlı oyunçunun boşluğunu "Bornmut"un (İngiltərə) üzvü Din Heysenlə doldurmaq istəyir.
Qeyd edək ki, Kim Min Ce 2023-cü ildə 50 milyon avro qarşılığında "Napoli"dən (İtaliya) "Bavariya"ya keçib.
tag: ALmaniya, Bavariya,Kim Min Ceni, Futbolçu, Koreyalı, todaypress.az,