“Bavariya” Çempionlar Liqasında rekord qırdı
İdman
30.01.2025 09:32
Münhen təmsilçisi buna Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda doğma meydanda Slovakiyanın “Slovan” klubuna 3:1 hesabı ilə qalib gəldiyi oyunda nail olub.
TodayPress xəbəv verir ki, bu barədə OPTA məlumat yayıb.
“Bavariya” qitənin ən nüfuzlu klub turnirinin qrup/liqa mərhələsində doğma meydanda keçirdiyi 34 matçda məğlub olmayıb.
Komandanın aktivində 32 qələbə və 2 heç-heçə var.
Almaniya nəhəngi 33 qələbəsi olan “Barselona” klubunu geridə qoyub.
Namiq HUN
tag: Münhen,Çempionlar Liqası,Mərhələ,Qrup,Barselona,Todaypress.az,