“Bavariya” Çeliki nəzarətə götürdü

İdman

01.11.2024 17:40

“Roma” klubunun və Türkiyə millisinin üzvü Zeki Mert Çeliklə Bundesliqa nəhəngi maraqlanır.

TodayPress “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, müdafiəçini “Bavariya” klubu diqqət mərkəzində saxlayır.

Münhen təmsilçisi 27 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.

“Bavariya” “Roma”nı razı salacaq məbləği təklif etsə, Çelikin Münhen təmsilçisinə keçidi baş tutacaq.  

Qeyd edək ki, Zeki Mert Çelik 2022-ci ilin avqustunda “Lill”dən “Roma”ya keçib. Onun “canavarlar”la müqavilə müddəti 2026-cı ilin iyuluna qədərdir. 

Namiq HUN

tag: Roma, Türkiyə, Zeki Mert, Bundesliqa,Münhen, todaypress.az,