"Bavariya" "Bayer"lə heç-heçə oynadı

İdman

29.09.2024 06:56

Almaniya çempionatının 5-ci turunda "Bavariya" Münhendə çempion "Bayer Leverkuzen"i qəbul edib. 

TodayPress xəbər verir ki, matçda heç-heçə qeydə alınıb: 1:1.

31-ci dəqiqədə "Bayer"in almaniyalı yarımmüdafiəçisi Robert Andriç görüşün hesabı açıb. 39-cu dəqiqədə "Bavariya"nın almaniyalı yarımmüdafiəçisi Aleksandr Pavloviç cavab qolunu vurub.

"Bavariya" 13 xalla turnir cədvəlinə başçılıq edir, "Bayer" 10 xalla üçüncüdür.

tag: Futbol, İdman, Bayer,Bavariya, todaypress.az,