Batut gimnastlarının İsveçrə uğuru
İdman
29.06.2024 21:17
Azərbaycan idmançıları İsveçrədə keçirilən batut gimnastikası üzrə 52-ci Nissen kubokunda uğurlu çıxış edib.
TodayPress xəbər verir ki, yığmamız Arosa turnirində 2 qızıl və 2 bürünc medal qazanıb.
Komandamızın heyətində fərdi çıxışlarda Ammar Baxşalıyev qızıl, Samirə Hüseynova isə bürünc medala sahib çıxıb. Sinxron çıxışda isə Əli Niftəliyev-Ammar Baxşalıyev cütü 1-ci, Samirə Hüseynova-Ayan Şabanova dueti 3-cü yeri tutub.
Namiq HUN
tag: Gimnastika, Nissen,İsveçrə, Arosa turniri, İdman, todaypress.az,