Batut gimnastları Kotbus turnirinin mükafatçıları arasında

İdman

28.10.2024 14:00

Azərbaycanın batut gimnastikası üzrə yığma komandasının üzvləri Almaniyada keçirilən “GymCity Open” beynəlxalq turnirinin qızıl və gümüş medallarını qazanıblar.

TodayPress xəbər verir ki, Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Sinxron proqramda yeniyetmə gimnastlardan Əli Niftəliyev - Ammar Baxşalıyev cütlüyü Kotbus turnirinin qızıl medalına sahib çıxıb. 

Böyüklərin yarışında isə Hüseyn Abbasov - Nicat Mirzəyev dueti turnirin gümüş medalı ilə kifayətlənib. 

Namiq HUN

tag: Batut,Gimanstika,GymCity Open,Turnir,todaypress.az,