Batut gimnastları Çexiyada 6 medal qazandılar

İdman

14.10.2024 11:56

Batut üzrə Azərbaycan yığma komandası Çexiyanın Yablunitse nad Nisou şəhərində keçirilən beynəlxalq turnirdə 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb.

TodayPress xəbər verir ki, yeniyetmələrin turnirində Ammar Baxşəliyev qalib gəlib. Daha sonra o, Əli Niftəliyevlə birlikdə sinxron tullanmada da qızıl medal qazanıb. Niftəliyev isə fərdi birincilikdə gümüş medalla kifayətlənib. 

Ömər Qasımlı və Fərhad Mustafayev cütünün beynəlxalq turnirdən qazancı da gümüş medal olub. Qasımlı fərdi birincilikdə da eyni nəticəni göstərib.

Böyüklər arasında keçirilən yarışda sinxron tullanmada Nicat Mirzəyev və Hüseyn Abbasov bürünc medal qazanıblar.

Namiq HUN

tag: Gimnastlar, Batut ,Çexiya , Fərhad Mustafayev ,Ömər Qasımlı ,todaypress.az,