Basketbolun əfsanəsi yeni müqaviləyə imza atdı

İdman

07.07.2024 14:04

"Los-Anceles Leykers" basketbol klubu LeBron Ceymsin müqaviləsini uzaddığını açıqlayıb.

TodayPress xəbər verir ki, canlı əfsanə ilə müqavilə iki illikdir və bu müddət ərzində basketbolçu 101,355 milyon dollar qazanacaq.

Qeyd edək ki, 39 yaşlı hücumçu NBA tarixində ən çox top atan  və karyerasında 40 mindən çox xal toplayan ilk basketbolçudur.

Namiq HUN

tag: os-Anceles Leykers, Basketbol, NBA,LeBron Ceyms,todaypress.az,