Basketbolçu yanğında həyatını itirdi

İdman

17.10.2024 21:00

Polşalı veteran basketbolçu Zbiqnev Markuleviç vəfat edib.

TodayPress Polşa Basketbol Assosiasiyasına istinadən xəbər verir ki, sabiq idmançı yanğında ölüb.

Novodzel kəndində baş verən hadisədə Markuleviçi yanan binadan çıxarsalar da, həyatını xilas edə bilməyiblər.

Zbiqnev karyerası ərzində Polşa Premyer Liqasının “Belostok”, “Tarnov” və “Staroqard Qdanski” komandalarında çıxış edib. 46 yaşlı keçmiş basketbolçu 11 mövsüm ərzində ümumilikdə 285 oyun keçirib. O, 2002/2003 mövsümündə liqanın ən yaxşı blokçusu seçilib.

Namiq HUN

tag: Basketbol, Yanğın,Zbiqnev Markuleviç, Basketbol Assosiasiyası, Polşa, todaypress.az,