Basketbolçu asfiksiyadan dünyasını dəyişdi
İdman
17.12.2024 13:27
Latviyalı basketbolçu Yanis Timma Moskvada ölü tapılıb.
TodayPress xəbər verir ki, rusiyalı müğənni Anna Sedakovanın keçmiş həyat yoldaşı olan basketbolçunun ölümünə səbəb kəskin tənəffüs çatışmazlığı (asfiksiya) olub.
2020-ci ildə ailə quran cütlük bu il nikahı ləğv edib. Yanis ölümündən bir qədər əvvəl sosial şəbəkələrdə arxiv videosunu paylaşaraq keçmiş həyat yoldaşını ad günü münasibətilə təbrik edib.
32 yaşlı basketbolçunun cəsədi qaldığı oteldə aşkarlanıb. Ekspertlər idmançının qanında qadağan olunmuş maddələrin olub-olmadığını təhlil edirlər.
Qeyd edək ki, Yanis Timma NBA İnkişaf Liqasına keçib. Latviyalı idmançı ardından Türkiyənin "Darüşşafaka" və İspaniyanın "Obradoyro" klublarına transfer olunub.
Namiq HUN
tag: Ekspert, Yanis, Moskva ,Təhlil, todaypress.az,