Basketbolçu 100 min dollar cərimələndi

İdman

30.12.2024 14:20

ABŞ-nin Milli Basketbol Assosiasiyasının (NBA) “Minnesota” klubunun oyunçusu Entoni Edvards 100 min dollar məbləğində cərimələnib.

TodayPress xəbər verir ki, basketbolçu “Hyuston Rokets” klubuna qalib gəldikləri (113:112) qarşılaşmadan sonra müsahibəsində nalayiq ifadələr işlətdiyi üçün cəzalandırılıb. 

Qeyd edək ki, Entoni Edvards cari mövsüm dördüncü dəfə cərimə edilib.

Namiq HUN

tag: ABŞ,NBA,Minnesota,Entoni Edvards,Basketbol,todaypress.az,