Basketbol üzrə U-18 millimiz Avropa çempionu oldu
İdman
29.07.2024 09:22
18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionu titulunu qazanıb.
TodayPress xəbər verir ki, C divizionunda çıxış edən komandamız Albaniyada keçirilən yarışın həlledici matçında Lüksemburq yığması ilə üz-üzə gəlib.
Millimiz Elbasanın Tomorr Sinani İdman Sarayında ardıcıl 4-cü qələbəsini qazanıb. Basketbolçularımız final matçında rəqibdən 78:71 hesabı ilə üstün olaraq C divizionunda 1-ci yeri tutub.
Qeyd edək ki, ilk üçlüyü bürünc medallar uğrunda matçda Ermənistanı məğlub edən Albaniya komandası tamamlayıb.
Namiq HUN
tag: Basketbol,Azərbaycan, Avropa, Albaniya, Lüksemburq, todaypress.az,