Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vuruldu
İdman
29.01.2025 20:56
Basketbol üzrə Azərbaycan Kubokunda 1/8
final mərhələsinə yekun vurulub.
TodayPress-in məlumatına görə, ikinci oyun günündə
daha iki qarşılaşma keçirilib.
Əvvəlcə "Gəncə" "Ordu" kollektivinə
81:62 hesabı ilə qalib gəlib. Ardınca "Neftçi" "Sumqayıt"ı
103:90 hesabı ilə üstələyib.
1/4 finalda "Gəncə" "Sərhədçi"yə,
"Neftçi" isə "Sabah"a rəqib olub.
Qeyd edək ki, ötən gün "Abşeron"
"Quba"nı (96:94), NTD "Lənkəran"ı (87:73) məğlub edib.
"Naxçıvan", "Sabah", "Sərhədçi" və
"Şəki" komandaları mübarizəyə 1/4 finaldan start verəcəklər.
tag: Basketbol, Azərbaycan, Kubok, Gəncə, Ordu, Neftçi, QUba, todaypress.az,