Basketbol millisinin heyəti açıqlandı
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
TodayPress xəbər verir ki, Dünya kubokunun Bakı seçmə mərhələsində yığmamız 4 basketbolçu ilə çıxış edəcək.
Millinin təcrübəli oyunçuları Aleksandra Mollenhauerlə Dina Ulyanovaya “Neftçi” klubunda top oynadan iki basketbolçu qoşulub. Arika Karter və Brianna Frezer milli kvartetdə yer alıblar.
Qeyd edək ki, 3x3 növü üzrə qadın basketbolçulardan ibarət milli komandamız Latviya və Misir yığmaları İlə B qrupunda mübarizə aparacaq.
Yığmamız mayın 24-də Afrika, ertəsi gün isə Baltikyanı ölkə təmsilçisi ilə qarşılaşacaq.
Namiq HUN
tag: Basketbol,3x3,Qadınlar,Heyət,Todaypress.az,