Basketbol komandaları üçün yeni şans
İdman
17.12.2024 16:57
Basketbolun 3x3 növündə yeni turnir təsis olunub.
TodayPress FIBA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Çempionlar kuboku adlanan yarışda dünyanın ən güclü komandaları iştirak edəcək.
Turnirdə olimpiya çempionları, öz qitələrində kubok qazananlar və dünya reytinqində ən yüksək pillələrdə yer alanlar, həmçinin meydan sahibləri mübarizə aparacaqlar.
2025-ci ildən keçiriləcək yarışa ardıcıl 5 dəfə Tailandın paytaxtı Banqkok ev sahibliyi edəcək.
Turnirdəki dəqiq komanda sayı və seçim meyarları yaxın müddətdə dəqiqləşəcək. Çempionlar kubokunda Azərbaycan komandalarının da iştirak ehtimalı bundan sonra məlum olacaq.
Qeyd edək ki, ilk turnir martın 14-16-da keçiriləcək.
Namiq HUN
tag: Azərbaycan ,Komanda, Müddət, Meyar, todaypress.az,