Baş məşqçi postu Luiş Kaştrudan geri alındı

İdman

18.08.2024 17:45

“Əl-Nəsr” klubunun rəhbərliyi Səudiyyə Ərəbistanı Superkubokunda "Əl-Hilal"la oyunda böyük hesablı məğlubiyyətdən sonra baş məşqçi Luiş Kaştrunu istefaya göndərib.

TodayPress xəbər verir ki, bu barədə “Championat” məlumat yayıb.

Bildirilib ki, idarə heyətinin sədri İbrahim Əl-Mühəddib komanda üçün yeni məşqçi axtarışlarına başlayıb.

Qeyd edək ki, Kaştru ötən il “Əl-Nəsr”in çalışdırıcısı postuna gətirilib. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilə qədər idi.

tag: Ən-Nəsr,Səudiyyə Ərəbistanı ,Superkubok,Əl-Mühəddib ,Luiş Kaştru,