Baş məşqçi futbolçuya hücum çəkdi

İdman

09.11.2024 13:55

İtaliya çempionatında “Triestina” klubunun baş məşqçisi Josep Klotet qırmızı vərəqə alan futbolçuya hücum çəkib.

TodayPress xəbər verir ki, C Seriyasında “Cana Erminiо” klubu ilə keçirilən oyunda ispaniyalı mütəxəssis qırmızı vərəqə ilə cəzalandırılan Raymond Krollis meydandan çıxarkən onun yaxasından yapışıb.

C Seriyasının “Triestina” - “Cana Erminio” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.


Namiq HUN

tag: İtaliya, Triestina, Futbol, İdman, todaypress.az,