"Barselona"nın üzvü La Liqada oktyabrın ən yaxşı oyunçusu seçildi
İspaniyanın "Barselona" klubunun
hücumçusu Robert Levandovski La Liqada oktyabrın ən yaxşı oyunçusu seçilib.
TodayPress xəbər verir ki, 36 yaşlı futbolçu
ötən ay "Alaves"lə matçda het-trik edib, "Sevilya" və
"Real"la (Madrid) görüşlərdə isə dubla imza atıb.
Ümumilikdə 7 qola imza atan forvard ayın oyunçusu adına
layiq görülüb.
Qeyd edək ki, Levandovski ilə yanaşı, Vinisius Junior
(“Real”), Antuan Qrizmann (“Atletiko”), Aleks Berenqer (“Atletik”) və Mikel
Oyarzabal (“Real Sosyedad”) bu ad uğrunda mübarizə aparıb.
tag: Sevilya, İspaniya, Barselona, Liqa, Qol, todaypress.az,