“Barselona”nın Uilyams inadı nəticə verəcək?
İdman
30.07.2024 16:40
“Barselona” “Atletik”in vingeri Niko Uilyamsın transferində israrlıdır.
TodayPress xəbər verir ki, ispaniyalı futbolçu daha bir mövsümü “Atletik”də keçirmək istəyir. Bu səbəbdən “Barsa”ya keçidi bir il təxirə salmağı təklif edib.
Kataloniya təmsilçisi bu fikirlə razılaşmayıb. “Barselona” klubu futbolçunun agentinə gələn yay transfer variantının olmadığını bildirib:
“Bu keçid ya indi reallaşcaq, ya da heç vaxt”.
Qeyd edək ki, “Atletik” Niko Uilyamsı komandada saxlamağa çalışır. Klub rəhbərliyi ona qazancında əhəmiyyətli artım təklif edib.
Namiq HUN
tag: barselona, Atletik, Niko Uilyams, Kataloniya, Klub, todaypress.az,