“Barselona”nın tarix yazdığı “El-Klassiko”
İdman
28.10.2024 16:40
“Barselona” klubu “Real Madrid”i məğlub etdiyi görüşə gənc heyətlə çıxıb. Bu 108 illik “El-Klassiko” tarixində ilk olub.
TodayPress xəbər verir ki, 1916-cı ildə “Real Madrid” 22 yaşdan aşağı yeddi oyunçunu meydana buraxıb.
Sonuncu görüşdə isə “Barselona” meydana yaşı 21-dən az olan altı futbolçu buraxıb.
“Real Madrid” – “Barselona” matçında ümumilikdə səkkiz akademiya məzunu top qovub.
“El-Klassiko” tarixində ilk dəfədir ki, gənc futbolçulardan ibarət heyət 4:0 hesablı qələbəni bayram edib.
Namiq HUN
tag: Barselona, Real Madrid, El-Klassiko, Futbol, todaypress.az,