“Barselona”nın Şesni ilə bağlı planı var

İdman

18.11.2024 12:43

“Barselona” klubu Voysyex Şesni ilə 2025-ci ilin yayında bitəcək mümkün müqaviləni uzatmağı düşünür.

TodayPress xəbər verir ki, “Marca” məlumat yayıb.

Polşalı futbolçu ötən ilin oktyabrında Kataloniya klubuna keçdikdən sonra oyun keçirməməsinə baxmayaraq, rəhbərlik onun peşəkarlıq səviyyəsindən və komandanın ehtiyat qapıçısı rolunu qəbul etməsindən razıdır.

34 yaşlı qapıçının kluba “pozitiv münasibət”lə gəldiyi vurğulanıb. 

“Barselona”nın siyasətində dəyişiklik olmasa, o zaman Şesni ilə müqavilə daha bir mövsüm uzadıla bilər.

Namiq HUN

tag: Barselona, Polşa,Voysyex Şesni,Kataloniya, Müqavilə, todaypress.az,