"Barselona"nın "qol silahı" sıraya döndü
İdman
17.10.2024 15:27
"Barselona"nın zədəli futbolçusu Robert Levandovski sıraya dönüb.
TodayPress "Marca"ya istinadən xəbər verir ki, polşalı hücumçu artıq komanda ilə məşqlərə başlayıb.
Levandovski oktyabrın 20-də La Liqanın X turu çərçivəsində "Sevilya" ilə keçiriləcək ev oyununda “Barsa”nın heyətində yer alacaq.
Qeyd edək ki, forvard ötən həftə sağ baldır əzələsindən zədə almışdı.
Robert Levandovski hazırda La Liqanın bombardiridir.
36 yaşlı futbolçu cari mövsümdə “Barselona”nın heyətində meydana çıxdığı 11 oyunda, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Robert Levandovski, La Liqa, Zədə ,Barselona ,Forvard ,todaypress.az,