“Barselona”nın müdafiəçisi millidən kənarlaşdırıldı
“Barselona”nın
müdafiəçisi İniqo Martines İspaniya millisinin heyətindən çıxarılıb.
TodayPress xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu
sağ dizindəki zədə (menisküs ətrafının iltihabı) səbəbindən qarşıdakı oyunlar
üçün İspaniya millisinə kömək edə bilməyəcək.
Milli komandanın
baş məşqçisi Luis de la Fuente onun yerinə komandaya “Bornmut”dan Dekan Heyseni
dəvət edib.
Qeyd edək ki,
İspaniya millisi martın 20-də və 23-də UEFA Millətlər Liqasının 1/4 final
mərhələsində Niderland yığması ilə iki görüş keçirəcək.
tag: Barselona, İniqo Martines, Milli, Kənarlaşma, Fuesnto, UEFA, todaypress.az,