"Barselona"nın hücumçusu 6 aydan sonra start heyətində meydana çıxdı

İdman

23.04.2025 06:23

10

İspaniya təmsilçisi "Barselona"nın hücumçusu Ansu Fati 6 aydan sonra start heyətində meydana çıxıb.

TodayPress xəbər verir ki, kataloniyalıların baş məşqçisi Hans-Diter Flik 22 yaşlı hücumçunu La Liqanın XXXIII turunda "Malyorka"ya qarşı keçirilən matçda əsas heyətdə meydana buraxıb.

O, son olaraq oktaybrın 20-də "Sevilya"ya qarşı matçda (5:1) oyuna start heyətində başlayıb. Cari mövsüm 9 görüşdə forma geyinən Fati heç bir qarşılaşmada fərqlənə bilməyib.

Qeyd edək ki, "Barselona" - "Malyorka" matçı  Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə  başa çatıb.

tag: Barselona, Hücumçu, Heyət, Sevilya, Malyorka, todaypress.az,