"Barselona"nın futbolçusu dizindən əməliyyat olundu

İdman

22.07.2024 20:39

İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Ronald Arauxo dekabra qədər yaşıl meydanlardan uzaq qalacaq.

TodayPress "AS" nəşrinə istinadən xəbər verir ki, Uruqvay millisinin üzvü Amerika kubokunun 1/4 finalında Braziliya ilə matçda zədə aldığı üçün dizindən əməliyyat olunub.

Qeyd edək ki, Arauxo milli komandanın heyətində daha əvvəl də zədə almışdı. Ona 2022-ci ildə İranla yoldaşlıq oyunundan sonra vətərinin qopması diaqnozu qoyulmuşdu.

tag: Barselona, Ronald Arauxo, İspaniya, Əməliyyat, todaypress.az,