“Barselona”nın futbolçuları mükafatlandırıldı

İdman

20.11.2024 18:30

“Barselona” klubunun futbolçuları Lamin Yamal və Aytana Bonmati “2024 Barça Players Award” mükafatına layiq görülüblər.

TodayPress xəbər verir ki, Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bu mükafat onlara ötən mövsüm həm meydanda, həm də ondan kənarda nümunəvi davranışlarına, həmçinin klubun dəyərlərini qoruduqlarına görə verilib.

Qeyd edək ki, Lamin Yamal ötən ay Avropada ilin ən yaxşı gənc futbolçusu mükafatı seçilib. Aytana Bonmati isə ilin əvvəlində FIFA tərəfindən ən yaxşı qadın futbolçu seçilib.

Namiq HUN

tag: Barselona,Lamin Yamal,Aytana Bonmati,FIFA ,2024 Barça Players Award,todaypress.az,