“Barselona”dan gözlənilməz məğlubiyyət
İdman
16.12.2024 10:09
“Barselona” klubu futbol üzrə İspaniya çempionatının XVII turu çərçivəsində öz meydanında “Leqanes”ə minimal hesabla uduzub 0:1.
TodayPress xəbər verir ki, Barselonanın Olimpiya Stadionunda baş tutan oyunda yeganə qolun müəllifi Serxio Qonsales olub. O, qarşılaşmanın 4-cü dəqiqəsində “Leqanes”i hesabda önə çıxarıb.
“Barselona”nın matçın qalan dəqiqələri ərzində hesabı dəyişmək cəhdləri uğursuz olub və klub öz meydanından məğlub ayrılıb.
“Barselona” 38 xalla İspaniya çempionatının lideridir. Aktivində eynilə 38 xal olan “Atletiko Madrid” əlavə göstəricilərə görə ikinci yerdədir. İlk üçlüyü 37 xalla “Real Madrid” təşkil edir.
Qeyd edək ki, növbəti turda “Barselona” dekabrın 21-də “Atletiko Madrid”i qəbul edəcək.
Namiq HUN
tag: İspaniya ,Qarşılaşma, Qonsales ,Qol,todaypress.az,